Yeni yaradılan klubun voleybolçusu: Hədəfimiz Azərbaycan çempionu olmaqdır

29.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 aprel, AZƏRTAC

"Azərbaycanda yeni voleybol klubunun yaradılması sevindirici haldır".

AZƏRTAC xəbər verir ki, bu sözləri növbəti mövsümdən etibarən qadın voleybolçuların Yüksək Liqasında debüt edəcək "DH Volley Baku" klubunun yeni oyunçusu Aynur İmanova deyib.

O, yeni mövsümün başlamasını səbirsizliklə gözlədiyini bildirib: "Bu klubda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanlı oyunçulara şans verilməsi müsbət məqamdır. Hədəfimiz növbəti il ölkə çempionu olmaqdır. Bizə inanan hər kəsə təşəkkür edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью