Yeni Yasamalda bədbəxt hadisə Qadın həyatını itirdi

13.06.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media Musavat.com-a istinadən bildirir ki, Yeni Yasamal rayonunda, Dadaş Bünyadzadə küçəsində yaşayan qadın yaşadığı mənzilin pəncərəsini silərkən hündürlükdən yıxılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qadın pəncərənin çöl hissəsini təmizlədiyi zaman müvazinətini itirib və yerə düşüb.
Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью