Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yolun asfalt örtüyü aşınıb, müxtəlif hissələrdə çuxurlar yaranıb.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı izləyicilərdən biri redaksiyanın “WhatsApp” ünvanına video göndərib.
Görüntülərdən aydın olur ki, yolun bəzi hissələrində asfalt örtüyü dağılıb və çökəkliklər əmələ gəlib. Bu isə həmin ərazidən keçən sürücülərin hərəkətini çətinləşdirir, avtomobillərin çuxurlara düşərək zədələnməsi və maddi ziyanla üzləşməsi riskini artırır.
Şikayətçinin sözlərinə görə, problem uzun müddətdir davam edir. O bildirib ki, yolun digər hissələrində də oxşar çökəkliklər mövcuddur.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229182.html