Yeni yaşını xəstəxanada qeyd etdi Fotolar

05.10.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli sosial media fenomeni Danla Bilic 32 yaşını xəstəxanada qeyd edib.

Axşam.az xəbər verir ki, bloger yeni yaşı ilə bağlı sosial media hesabında paylaşım edib. O, doğum günündə əsas arzusunun sağlamlıq olduğunu bildirib.

“Yeni yaşım, lütfən, bir az nəzakətli ol. Bu yaşımdan tək diləyim sağlamlıqdır, gerisini söz, mən həll edəcəyəm. Bir an olsun yanımdan ayrılmayan ailəm, dostlarım, həkimlərim. Yazdıqlarınızla güc verən siz. Yaxşı ki varsınız” deyə, Danla qeyd edib.

Qeyd edək ki, Danla Bilic bədənindəki dolğuları çıxartdırmaq üçün indiyədək 5 dəfə əməliyyat olunub. O, daha əvvəl estetik əməliyyatlarına 300 min dollar xərclədiyini açıqlamışdı.

Bloger bir müddət əvvəl ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq əməliyyata alınmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью