Yeni yol inşa olunacaq Beynəlxalq tender elan olundu | Icma.az
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Gürcüstanda Azərbaycan sərhədinədək uzanan Tbilisi-Bakurtsixe-Laqodexi beynəlxalq
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yollar Departamentindən bildirilib.
Ümumi uzunluğu 40,4 kilometr təşkil edəcək yol ikizolaqlı olacaq.
Layihə iki hissədən - 30,9 kilometrlik Tsnori-Laqodexi hissəsindən və 9,5 kilometrlik Laqodexi dolama yolundan ibarət olacaq.
Layihə üzrə sənədlərin hazırlanması üçün 18 aylıq müddət müəyyən edilib.
Maraqlanan tərəflər tender təkliflərini bu ilin fevralın 17-dən gec olmayaraq təqdim etməlidirlər.
Oxunub 908 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu