Yeni yolda quraşdırılan qurğu nə üçündür? VİDEO

19.07.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yolda quraşdırılan qurğu sürücülərdə çaşqınlıq yaradıb.

Modern.az xəbər verir ki, söhbət Bayraq meydanından Azneft dairəsi istiqamətinə gedən yolda quraşdırılmış qurğudan gedir.

Sürücülər bunun radar və ya təhlükəsizlik kamerası olduğunu düşünürlər.

Hətta bəzi sürücülər bu qurğunun, əsasən təhlükəsizlik kəmərlərini daha dəqiq çəkmək üçün olduğunu bildiriblər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, sözügedən qurğuların quraşdırılması prosesi onlar tərəfindən icra olunmur.

Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью