Icma.az bildirir, Kulis.az portalına istinadən.
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı təsis edilib.
Kulis.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu təsdiqləyib.
Eyni zamanda, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və medalın təsviri təsdiq edilib.
Həmçinin Prezident İlham Əliyev Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.
Fərmanla müəyyən olunub ki, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir, həmin Əsasnamənin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Konstitusiya Məhkəməsi nəzərdə tutulur, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Konstitusiya Məhkəməsinin sədrinə verilir.
Yenə qan, yenə şəhidlik, yenə təziyə - İmam Rza məqbərəsində gecələyən, xalıları süpürən hökmdar kim idi? "Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır? Nazirlik Ənvər Həsənovun ailəsinin şikayətinə aydınlıq gətirdi