Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb

06.11.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Yeni Zelandiyanın Nqavi qəsəbəsi yaxınlığında kütləvi şəkildə sahilə vurulan və qara delfinlər kimi də tanınan bütün qrindlər ölüb.

Moderator.az xəbər verir ki, bu barədə "Project Jonah" beynəlxalq ekoloji təşkilatı "Facebook"da məlumat yayıb.

Paylaşımda qeyd olunur ki, ötən gün sahilboyu bir neçə kilometr ərazidə 40-dan 50-dək heyvan aşkar edilib. Onların çoxu hələ aşkarlanmazdan əvvəl, qalanları isə gün ərzində ölüb.

Təşkilatdan bildiriblər ki, güclü dalğalar, qabarma zonasındakı boş çınqıl və iti qayalar, eləcə də ərazinin yaşayış məntəqəsindən uzaq olması xilasetmə əməliyyatını çətinləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью