Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ baş verib

28.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks Bay şəhərindən 147 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью