Yeni Zelandiyada seçki sistemi ilə bağlı referendum məsələsi gündəmə gətirilib

06.08.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yeni Zelandiyanın Baş naziri Kristofer Lükson ölkədə tətbiq olunan seçki sisteminin gələcəyi ilə bağlı ümumxalq referendumunun keçirilməsi imkanını istisna etmədiyini bəyan edib.

“Reuters” agentliyinin məlumatına görə, hökumət başçısı bildirib ki, cari ilin noyabrında keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq siyasi vəziyyətdən asılı olaraq, 2027-ci ildə seçki sisteminin dəyişdirilməsi məsələsi referendum yolu ilə vətəndaşların müzakirəsinə çıxarıla bilər.

Hazırda Yeni Zelandiyada qarışıq proporsional təmsilçilik (Mixed Member Proportional – MMP) sistemi tətbiq olunur. Bu model 1996-cı ildən qüvvədədir və 2011-ci ildə keçirilmiş referendumda seçicilərin əksəriyyəti onun saxlanılmasına səs vermişdi. Bununla belə, son bəyanat ölkədə seçki islahatları ilə bağlı müzakirələrin yenidən aktuallaşdığını göstərir.

Siyasi müşahidəçilərin fikrincə, referendumun keçirilməsi ilə bağlı təşəbbüs qarşıdan gələn parlament seçkiləri ərəfəsində ölkənin daxili siyasi gündəminin əsas mövzularından birinə çevrilə bilər. Bununla yanaşı, parlamentdə təmsil olunan bəzi siyasi partiyalar seçki sisteminin dəyişdirilməsi ideyasına ehtiyatla yanaşdıqlarını bildirirlər.

N.Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью