Yeni Zelandiyada təbii fəlakət: Düşərgə torpaq sürüşməsinin altında qaldıb, itkin düşənlər…
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni Zelandiyanın Şimal adasında güclü yağışların yaratdığı fırtınalar ciddi fəsadlara yol açıb.
Mount Maunganui bölgəsində düşərgədə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə nəfər, o cümlədən azyaşlı qız itkin düşüb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar naziri Mark Miçell vəziyyəti “müharibə zonasına” bənzədərək bildirib ki, ölkənin şərq sahillərində vəziyyət son dərəcə ağırdır.
Günlərlə davam edən rekord yağışlar səbəbindən Northland və East Cape daxil olmaqla beş bölgədə fövqəladə vəziyyət elan edilib.
Helikopterlər daşqınlar zamanı damlara sığınan ailələrin xilasına cəlb olunub.
Cümə axşamı səhər saatlarında turistlərin sıx olduğu Mount Maunganui düşərgəsində torpaq sürüşməsi baş verib.
Hadisə yerində çevrilmiş maşınlar və kökündən çıxmış ağaclar müşahidə olunur.
Tam oxu
Xəbəri oxu