Yeni zelandiyalı boksçu ölüb İdman və Biz

02.01.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Yeni zelandiyalı MMA boksçusu Hakarayi Uilson ölüb.

İdman.biz xəbər verir ki, onun cəsədi doğma Qisborn şəhərində tapılıb.

Uilson orada keçirilən "Rhythm and Vines" musiqi festivalında iştirak edib. Polis 26 yaşlı boksçunun ölümü ilə bağlı araşdırmaya start verib.

Qeyd edək ki, idmançı son döyüşünü oktyabrın 27-də "Canggu Fight Night 32" turnirində keçirib. Hakarayi filippinli rəqibini texniki nokautla məğlub edərək karyerasında keçirdiyi 4-cü görüşdə 3-cü qələbəsinə imza atıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью