Yeni Zelandiyanın akvatoriyasında güclü zəlzələ olub

01.06.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Zelandiyanın şimalında 6 maqnitudalı zəlzələ olub.

“Ölkə.az” xəbər verir ki, bu barədə ABŞ-nin Geolojin Xidməti bildirib.

Xidmətin verilənlərinə görə, yerli vaxtla 10:21-də (Bakı vaxtı ilə 02:21) qeydə alınmış zəlzələnin episentri Kermadek adaları bölgəsində – Sakit okeanda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi hələlik elan edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью