Yeni Zelandiyanın Oklend şəhərində güclü yanğın baş verib

25.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Yeni Zelandiyanın ən böyük şəhəri Oklenddə güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, ölkənin Yanğından Mühafizə və Xilasetmə Xidmətinin məlumatına əsasən, hadisə aprelin 24-də yerli vaxtla saat 17:24-də North-Şor ərazisində tullantıların emalı zavodunda qeydə alınıb. Yanğın zamanı güclü partlayış baş verib.

Fövqəladə vəziyyətlə bağlı yaxınlıqda yerləşən evlərin sakinlərinə mobil siqnallar daxil olub. Yerli hakimiyyət orqanları ərazidə yaşayan insanları vacib olmadığı təqdirdə evlərini tərk etməməyə və pəncərələri bağlamağa çağırıb.

Yanğın nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью