Yenicə toyu olan cütlüyün evi əşyaları ilə birgə yandı VİDEO

29.11.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bərdədə 4 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Redaktor.az xəbər verir ki, Hadisə rayonun Cəyirli kəndində baş verib. Kənd sakini Ziyad Məmmədov Cullu oğluna məxsus ev yanaraq yararsız hala düşüb.

FHN əməkdaşları yanğını söndürüb, alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbi araşdırılır.

Məlumata görə, ev sahibinin övladı yaxın vaxtlarda ailə həyatı qurubmuş. Yanğın zamanı yeni ailə üçün alınan cehiz əşyaları da yararsız hala düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью