Yenidən ABŞ klubuna təyinat aldı

14.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Xerardo Martinonun yeni iş yeri məlum olub.
"Football-plus.az" xəbər verir ki, argentinalı mütəxəssis “Atlanta Yunayted”in baş məşqçi təyin edilib. Bu barədə ABŞ- klubunun mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.
Martino 2017/18 mövsümündə də bu komandanı çalışdırıb. Argentina yığğmasını da çalışdırmış Xerardo 2013/14 mövsümündə “Barselona”nın baş məşqçisi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью