Yenidən Ağ Evə dəvət oluna bilər

12.03.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edə biləcəyini etiraf edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bu açıqlama ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların başa çatmasından az sonra verilib.

Qeyd edək ki, Zelenski ötən gün amerikalı həmkarına məktub göndərərək Ağ Evin Oval kabinetində baş verən insidentə görə ondan üzr istəyib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью