Yenidən Böyük Britaniyaya qayıdacaqlar

20.08.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Şahzadə Harri və həyat yoldaşı Meqan Markl avqustun sonunda ABŞ-dən Böyük Britaniyaya köçməyi planlaşdırırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ailə, Londonun kənarında, krala aid olmayan bir iqamətgahda məskunlaşmaq niyyətindədir.
Digər tərəfdən, onların övladları yeddi yaşlı Şahzadə Arçi və beş yaşlı Şahzadə Lilibet sentyabr ayında Böyük Britaniya məktəblərindən birində təhsil almağa başlamalıdırlar.
Ailənin dəqiq yaşayış yeri və təhsil müəssisəsinin adı hələlik açıqlanmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью