Yenidən Böyük Britaniyaya qayıtdılar

26.08.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Şahzadə Harri və Meqan Marklı daşıyan təyyarə Böyük Britaniyaya eniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat verib.
Məlumata görə, onlarla birlikdə yeddi yaşlı Arçi və beş yaşlı Lilibet Kaliforniyadan xüsusi təyyarə ilə gəliblər.
ABŞ-dən gələn xüsusi çarter reysi Birminhem Beynəlxalq Hava Limanına yerli vaxtla saat 11:56-da (Bakı vaxtı ilə saat 14:56) eniş edib.
Qeyd edək ki, avqustun 20-də Şahzadə Harrinin avqustun sonuna qədər Böyük Britaniyaya qayıtmaq niyyətində olduğu bildirilməşdi.
Xatırladaq ki, sasseks hersoqu və hersoginyasının geri qayıtması 2020-ci ildə imtina etdikləri kral ailəsi üzvlərinin səlahiyyətlərini bərpa etməyəcək. Onlar Böyük Britaniyada adi vətəndaş kimi yaşayacaq və rəsmi kral mərasimlərində iştirak edə bilməyəcəklər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью