Yenidən Çeçenistanın rəhbəri seçildi

21.09.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov Rusiyada keçirilən seçkilərdə bülletenlərin 100 faizinin hesablanmasının nəticələrinə əsasən, yenidən həmin regionun başçısı seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Mərkəzi Seçki Komissiyası yayıb. 

2011-ci ildən Çeçenistana rəhbərlik edən R.Kadırov səslərin 99,85 faizini toplayaraq qalib gəlib. 

Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri, habelə regional və bələdiyyə seçkiləri keçirilib. Çeçenistanın rəhbəri seçkilərində isə üç namizəd iştirak edib: Ramzan Kadırov (“Vahid Rusiya”), Çeçenistan Respublikası İctimai Palatasının sədri İsmayıl Denilxanov (“Ədalətli Rusiya”) və region parlamentinin deputatı Xalid Nakayev. Digər iki namizədin hər biri 0,05% səs toplayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью