Yenidən doğma klubunda oynayacaq

23.06.2026

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tyaqo Silvanın yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, məşhur futbolçu yenidən “Fluminense”də çıxış edəcək. 41 yaşlı müdafiəçi komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti dekabr ayının sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, Tyaqo yanvarda “Fluminense”dən “Portu”ya yollanmışdı. Təcrübəli futbolçu 2025/26 mövsümündə “əjdahalar”ın heyətində 14 oyunda iştirak edib.
Silva karyerasında 3-cü dəfə doğma klubuna qayıdıb. O, “Fluminense”nin heyətində bütün turnirlərdə 212 oyun keçirib və 19 qol vurub.
Qeyd edək ki, Tyaqo karyerası ərzində “Çelsi”, PSJ və “Milan”da da oynayıb. O, Braziliya yığmasında 113 matçda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью