Yenidən dövlət auditoru təyin edilən Hafiz İsmayılbəyli kimdir? DOSYE

23.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Hafiz Mahir oğlu İsmayılbəyli yenidən 7 il müddətinə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Hafiz İsmayılbəyli 1992-ci il yanvar ayının 22-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetini iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr pilləsini bitirib.

2014-cü ildən əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsində mühasib kimi başlayıb. 2015-2018-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan MR İdarəsində mütəxəssis, aparıcı mütəxəssis və rəis vəzifələrində çalışıb.

2016-2018-ci illərdə Naxçıvan Dövlət Texniki Kollecində “bank işi” ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olub. 2018-2019-cu illərdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan MR üzrə idarəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli 1679-VQR nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdi.

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью