Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Real Sosyedad” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu “Vulverhempton”dan Qonsalo Gedeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Portuqaliya millisinin də üzvü olan Gedeş daha əvvəl İspaniyada “Valensiya” və “Vilyarreal”, ölkəsində isə “Benfika”da çıxış edib.