Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Takehiro Tomiyasunun yeni komandası müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, yenidən Londonda qərar tutub. “Kristal Pelas” rəsmi saytında yaponiyalı müdafiəçinin azad agent kimi paytaxt klubuna keçdiyini açıqlayıb. Futbolçu London klubunda “17” nömrəli formanı geyəcək. Takehironun “Kristal Pelas”la müqaviləsinin təfərrüatları hələlik açıqlanmayıb.
O, 2021-25-ci illərdə “Arsenal”da oynayıb. Ötən mövsümün ikinci yarısını isə icarə əsasında “Ayaks”da keçirib.