Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Ralf Ranqnik yenidən “Mançester Yunayted”də işləyə bilər.
Avstriya yığmasının baş məşqçisinin İngiltərə klubunda idman direktoru vəzifəsini tutmaq şansı var. Bu vəzifə hazırda Din Eşvortun istefası səbəbindən vakantdı.
Xatırladaq ki, Ranqnik 2021/22 mövsümünün gedişində MY-nin baş məşqçisi işləyib. Mövsümün sonunda isə klubun məsləhətçisi təyin olunub. Alman mütəxəssis Avstriya yığmasını 2022-ci ildən çalışdırır.