Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ

25.02.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Fevralın 26-dan başlayaraq hava şəraiti pisləşəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью