Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Yuventus”un heyətində ciddi itki baş verib.
"Football-plus.az" xəbər verir ki, turinlilərin aparıcı müdafiəçisi Qleyson Bremer yenidən zədələnib.
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə braziliyalı futbolçunun sol dizindən menisk əməliyyatı olunacağı bildirilib.
Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi ötən mövsümün əvvəlində də sıradan çıxmış və uzun müddət yaşıl meydanlarda görünməmişdi. Bremer bu mövsüm “Yuventus”un heyətində 5 matçda iştirak edib və 2 qol vurub.