Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Censen Huanqın (Jensen Huang) 11 günlük fasilədən sonra yenidən baş icraçı direktor (CEO) vəzifəsinə qayıtması ilə “Nvidia” səhmləri bazar ertəsi günü 31,48 faiz bahalaşıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, bir sessiyada bazar dəyərinə təxminən 952 milyard dollar əlavə edən şirkət ABŞ birja tarixində günlük bazar dəyəri artımı üzrə rekord qırıb.
“Nvidia” səhmləri baş direktor Censen Huanqın 11 günlük fasilədən sonra işinə qayıtmasının ardından, noyabrın 23-ü, bazar ertəsi gününü 31,48 faiz yüksəlişlə başa vurub. Məişət texnikası
Gün ərzində 39,52 dollar artaraq 165,05 dollardan bağlanan səhmlər şirkətin bazar dəyərini təxminən 3 trilyon 985 milyard dollara çatdırıb və "Nvidia"ya ABŞ şirkətləri arasında ən yüksək birgünlük bazar dəyəri artımı rekordunu qazandırıb.
ABŞ birjalarının bağlanmasından sonra davam edən gecə ticarətində “Nvidia” səhmlərində məhdud geriləmə müşahidə olunub. Sessiyadan sonrakı əməliyyatlarda 0,59 faiz ucuzlaşaraq 164,07 dollara enən səhmlər bağlanış qiyməti ilə müqayisədə 0,98 dollar dəyər itirib.
Bu səviyyədə şirkətin bazar dəyəri təxminən 3,96 trilyon dollar hesablanıb; qismən enişə baxmayaraq, “Nvidia” 4 trilyon dollar həddinə yaxın qalmaqda davam edib.
“Wall Street Journal”ın yaydığı məlumatlara görə, “Nvidia”nın bazar ertəsi qeydə aldığı təxminən 952 milyard dollarlıq bazar dəyəri qazancı ABŞ şirkətlərində indiyədək görülmüş ən yüksək günlük qazanc rekordunun iki qatından çoxuna çatıb.
Gün ərzində 156,93 ilə 171,50 dollar diapazonunda ticarət olunan “Nvidia” səhmlərində ticarət həcmi 776,2 milyon ədədə yüksəlib. Bu həcm şirkətin 170,5 milyon ədədlik günlük orta ticarət həcminin dörd qatından artığına bərabər olub.
Bu tarixi artıma baxmayaraq, “Nvidia” səhmləri oktyabrın əvvəlindəki səviyyələrindən aşağıda qalmaqda davam edib.