Yenilənmiş 50 manatlıq bu formada olacaq

25.12.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bu gündən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.

"Cebheinfo.az" AMB-yə istinadən xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib.

Nişanın üzərində həmçinin "2025" istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Əsginas hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

"Cebheinfo.az"

Açar sözlər: yenilənmiş 50 manatlıq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью