Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən axşam Biləsuvarın Dərvişli kəndində 44 yaşlı kişi qətlə yetirilib.
Hurriyyet.Media -nın məlumatına görə, öldürülən Şölət Rüstəmli təxminən bir həftə əvvəl qardaşı ilə birgə Rusiyadan gəlibmiş.
Ötən gün həmkəndlisi olan 16 yaşlı yeniyetmə ilə onun arasında yaranan mübahisə qanla nəticələnib.
İddialara görə, tərəflər arasında mübahisə hadisədən bir gün əvvəl də olub. Həmin vaxt da yeniyetmə Şölət Rüstəmliyə qolundan xəsarət yetirib.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetməni saxlayaraq istintaqa təhvil veriblər. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.