Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə şəhər birinciliyi baş tutacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış qapalı məkanda 23-24 yanvar tarixlərində, saat 15:30-da Bakı Atletika Mərkəzində keçiriləcək.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.