Yeniyetmə bacı qardaş balta yarası aldı Əmiləri şübhəlidir

01.02.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda 12 və 14 yaşlı bacı-qardaş balta xəsarəti alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əmi yeniyetmə qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yeniyetmələrin vəziyyətlərinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью