Yeniyetmə çayda boğuldu

09.05.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью