Yeniyetmə cüdoçular arasında Liqa yarışının I turu keçiriləcək

17.04.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.

İdman.biz xəbər verir ki, turnir aprelin 21-22-də Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.

Yarışda 100 klub və idman cəmiyyətindən olan 873 cüdoçu (693 oğlan, 180 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью