Yeniyetmə cüdoçular Dünya 4 cüsü olublar

26.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya çempionatında 2 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

Cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, Fərid Rzazadə (50 kq) bütün rəqiblərinə qalib gələrək Dünya çempionu olub. Ayxan Həsənli (81 kq) isə gümüş medala sahib çıxıb.

Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vuraraq 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.

Qabil YUSİFOĞLU 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью