Yeniyetmə cüdoçular Göygöldə təlimməşq toplanışında iştirak ediblər

21.11.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Göygöl Olimpiya İdman Kompleksində müxtəlif regionlardan olan yeniyetmə cüdoçular təlim-məşq toplanışı keçiblər.

"Report" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan hazırlıq prosesində on gün ərzində 100-ə yaxın potensiallı idmançı peşəkarlıq səviyyəsinin və hazırlıq göstəricilərinin artırılması məqsədilə intensiv məşq proqramında iştirak edib.

Təlim-məşq toplanışı gələn il keçiriləcək 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədi daşıyıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью