Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Sosial şəbəkədə Prezident İlham Əliyevlə bağlı maraqlı foto paylaşılıb.
AzPost bildirir ki, şəkildə yeniyetmə İlham Əliyev SSRİ-nin məşhur “Çayka” avtomobilinin yanında əks olunur.
Fotonun 1970-ci illərin ortalarına aid olduğu guman olunur. Şəkil Zuğulbada çəkilib.
“Çayka” avtomobili sovet dövlət rəhbərləri üçün ayrılmış xidməti avtomobil idi.
Sovet rəhbərləri səfərlər zamanı bu avtomobildən istifadə edirdilər. “QAZ-13 Çayka” 1958-ci ildə debut edib.
1959-cu ildən 1981-ci ilə qədər istehsal edilib. Cəmi 3179 ədəd düzəldilib.
195 at gücünə malik ümumi 5,5 L V8 mühərriki ilə təchiz edilmişdi və konstruksiyası Chrysler PowerFlite qurğusuna bənzər düyməli avtomatik transmissiya ilə idarə olunurdu.
“Çayka” yalnız Sovet hökumətinin üzvləri üçün idi. Sadə vətəndaşlar tərəfindən satın alına bilməzdi.