Yeniyetmə küçə itlərinin hücumuna məruz qaldı

12.06.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.

Turkustan.az xəbər verir ki, bu barədə Report-a uşağın atası Amid Turabov məlumat verib.

O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью