Yeniyetmə məşqdə boğulub öldü Bakıda dəhşət

14.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakının Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən “Hədəf” idman klubunda qeydə alınıb.

Belə ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.

Əraziyə təcili tibbi yardım çağırılsa da, boğulma təhlükəsi ilə üzləşən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью