Yeniyetmə oğlan niyə bıçaqlanıb? SON DURUMU

22.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda yeniyetmə oğlan bıçaqlanıb.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli oktyabrın 20-də saat 15:20 radələrində döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Tibb müəssisəsindən bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью