Yeniyetmə qızlar rəfiqələrinin atasını öldürdülər

05.06.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Tehranın Nazıabad şəhərində yeniyetmə qızlar rəfiqələrinin atasını bıçaqlayaraq öldürüblər.

Axar.az xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb.

“Şəxsi mübahisə zəminində rəfiqələrinin evinə hücum edən yeniyetmə qızlar onları sakitləşdirmək istəyən rəfiqələrinin atasına çoxsaylı bıçaq zərbələri vuraraq, yerindəcə qətlə yetiriblər”, - məlumatda bildirilib.

Hadisə yerindən qaçan qatil qızlar həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью