Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, bıçaqlanan şəxs Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.
Fakt araşdırılır.