Yeniyetmə tennisçilərimiz Türkiyədə

10.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, Türkiyənin Yalova şəhərində təşkil olunacaq hazırlıq prosesində Sofiya Trofimenko, Banu İmanverdizadə, Şakir Qədirov və Vaqif Babayev iştirak edəcəklər. Məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə qardaş ölkəyə yollanan idmançılar avqustun 16-dək təcrübələrini artırmağa çalışacaqlar.

Stolüstü tennisçilər təlim-məşq toplanışı çərçivəsində Türkiyə, Bolqarıstan, Rumıniya, Kosova və Estoniya komandalarının istirakı ilə keçiriləcək turnirdə də bacarıqlarını göstərəcəklər.

Q.ƏLİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью