Yeniyetmə və gənc şahmatçılar arasında rapid turniri keçirilib

25.10.2025

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) Uşaq-Gənclər Komissiyası Avropa çempionatına hazırlıq məqsədi ilə yeniyetmə və gənclər arasında rapid turniri keçirib.

XQ xəbər verir ki, yarışdan əvvəl millinin üzvləri Məhəmməd Muradlı və Ayan Allahverdiyeva gənc şahmatçılarla təcrübəsini bölüşüblər. 40 şahmatçının iştirak etdiyi turnirdə 6 xal toplayan Məhəmməd Muradlı birinci yeri tutub. Qalibdən yarım xal geri qalan Allahverdi Həmidov ikinci, 5 xalı olan Paşam Əlizadə isə üçüncü olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью