Yeniyetmə və gənc voleybolçularla görüş

27.01.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Cəlilabadda yeniyetmə və gənc idmançılar, həmçinin məşqçilərlə görüşüb. Cəlilabad Olimpiya İdman Kompleksində baş tutan mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, AVF-nin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, yeniyetmə voleybolçuların valideynləri və digər qonaqlar iştirak ediblər.

Görüş zamanı sözügedən rayonda voleybolun inkişafı, idmançılar və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Şahin Bağırov çıxışında federasiya tərəfindən ölkədə voleybolun kütləviliyinin artırılması, bölgələrdə idmanın təşviqi və gənc nəslin bu idman növünə cəlb olunması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra federasiya prezidenti və digər rəsmi şəxslər yeniyetmələrin məşq prosesini izləyib, idmançıların valideynləri ilə görüşüblər. Şahin Bağırov valideynlərin dəstəyinin əhəmiyyətini vurğulayıb, onlara təşəkkürünü bildirib və yaxın gələcəkdə potensiallı gənclərin milli komandaları uğurla təmsil edəcəklərinə inamını ifadə edib.

Qabil YUSİFOĞLU 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью