Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 26-da yeniyetmə oğlan və qız voleybolçular arasında U-18, U-16 və U-14 yaş kateqoriyaları üzrə Naxçıvan Muxtar Respublika zona birinciliklərinə start verilib.
İdman.Biz bildirir ki, yarışların keçirilməsində əsas məqsəd 2026-cı il ərzində Bakıda yeniyetmələr arasında keçiriləcək Azərbaycan çempionatlarının play-off mərhələlərində Naxçıvanı təmsil edəcək komandaların tərkibini müəyyənləşdirmək, muxtar respublikada voleybol idman növünü inkişaf etdirmək, ən güclü idmançıları müəyyən etmək, idmanın kütləviliyinin artırılmasına nail olmaq və peşəkar yerli voleybolçuların sayını artırmaqdan ibarətdir.
Yarışda Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından ümumilikdə 24 komanda iştirak edir. Yarış üç mərhələdən ibarət olacaqdır. Bütün yaş kateqoriyaları üzrə birinci mərhələnin oyunları 4 fevral 2026-cı il tarixində başa çatacaq. İkinci mərhələnin oyunları fevral ayı, üçüncü mərhələnin oyunları isə mart ayı ərzində təşkil olunacaqdır. Zona yarışları əzində ümumilikdə 114 oyun keçiriləcək.
Yarışlarının birinci günündə U-14 yaş kateqoriyası üzrə oğlan və qız komandaları arasında ümumilikdə 9 oyun keçirilib.
U14 oğlanların yarışında aşağıdakı hesablar qeydə alınıb:
“Naxçıvan” – “Şahbuz” - 2:0
“Sədərək” – “Culfa” - 0:2
“Ordubad” – “Şahbuz” - 2:0
“Şərur” – “Kəngərli” - 2:1
“Naxçıvan” – “Ordubad” - 2:0
U14 qızların yarışında isə nəticələr aşağıdakı kimi olub:
“Sədərək” – “Culfa” - 2:0
“Naxçıvan” – “Möminə Xatun” - 0:2
“Culfa” – “Şərur” - 2:0
“Naxçıvan” – “Sədərək” - 0:2