Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmələr arasında U-14, U-16 və U-18 yaş kateqoriyaları üzrə Azərbaycan birinciliklərinə start verib.
Apasport.az xəbər verir ki, yarışlarda müxtəlif şəhər və rayonlardan olan qız və oğlan komandaları iştirak edirlər.
Oyunlar Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Oğuz, Tovuz, Sumqayıt və digər bölgələrdə keçirilir. Cari mövsümdə ümumilikdə 170 komanda – 110 qız və 60 oğlan kollektivi mübarizə aparacaq.
Reqlamentə uyğun olaraq yarışlar qrup mərhələsi ilə başlayıb pley-off raundları ilə davam edəcək. İlk gündə Bakıda üç yaş kateqoriyası üzrə 15 oyun, bölgələrdə isə 30 qarşılaşma baş tutub.
Millimiz finalda məğlub oldu, gümüşlə kifayətləndi "Azərreyl" CEV Kubokunda ilk matçına çıxacaq İslamiada: Azərbaycan millisi finalda Türkiyə ilə üz-üzə gələcək - FOTO "Xilasedici" Çelenc Kubokunda ilk matçını keçirəcək Hakimliyə yeni cəlb olunan şəxslər üçün seminar keçirilib