Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illərdə yeniyetmələr arasında aqressiv davranışların artması diqqət çəkir.
Ekspertlər bildirirlər ki, bu tendensiya həm ailə, həm də məktəb mühitində yaranan problemlərlə bağlıdır.
Həmçinin, sosial şəbəkələr və video oyunlar da bəzən aqressiv reaksiyaların güclənməsinə təsir göstərir.
Mövzu ilə Gununsesi.info-ya ail psixoloqu Sevinc Həbibova vurğulayıb ki, buna ən çox rast gəlinən səbəblər arasında ailədaxili münaqişələr, diqqət və qayğı çatışmazlığıdır: “Aqressiya yeniyetmələrdə müxtəlif formalarda özünü göstərə bilər: sözlü, fiziki və ya emosional hücum şəklində.
Ən çox rast gəlinən səbəblər arasında ailədaxili münaqişələr, diqqət və qayğı çatışmazlığı dayanır.
Məktəbdə zorakılıq və ya dost qruplarında təzyiq də aqressiv davranışları artırır.
Sosial şəbəkələrdə təhqir və zorakılıq nümunələri yeniyetmələrin davranışını təsir edə bilər.