Yeniyetmələri cinayətə sövq edənlər həbs olundular

13.01.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakının mərkəzi küçələrində yetkinlik yaşına çatmayan iki nəfəri insanlara yaxınlaşaraq əl çantalarını və qiymətli əşyalarını oğurlamağa sövq edən şəxslər həbs edilib.

KONKRET.az bldirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov da müəyyən olunaraq saxlanılıb.

Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb.

İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью