Yeniyetmələrin mübahisəsi qanla nəticələndi

27.03.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.
Əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью